Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan qalib tərəf kimi sülh sazişinin imzalanması üçün əlindən gələni etməyə, öhdəliyinə düşəni reallaşdırmağa hazırdır

0

  •  ​ Torpaq həsrətinə son qoyulduqdan sonra, ölkəmizi yalnız həmin torpaqlrda qurub yaratmaq, düşmən işğalından azad edilmiş əraziləri dirçəltmək məsələləi durur. Məlumdur ki, bu işlərə Azərbaycan bu işlərə müharibədən sonra dərhal başlmış, qısa zamanda ağılasığmaz dərəcədə işlər həyata keçirmişdir. Son dərəcə böyük əhəmiyyət kəsb edən bu kimi işlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qətiyyətli siyasi mövqeyi və gərgin əməyi əsas amillərdən biridir. Ərazilərin işğaldan azad edildiyi iki il ərzində Azərbaycan Prezidenti həmin yerləri qarış - qarış gəzir, o yerlərin hər bir guşəsində görüləək işlər barəsində özünün tapşırıq və tövsiyələrini verir, işlərin çvik şəkildə başa çatdırılması üçün əlindən gələni əsirgəmir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Vətən müharibəsininin şiddətlə davam etdiyi zamanlarda olduğu kimi, postmüharibə dövründə də qardaş Türkiyənin dəstəyini daim hiss etmişik. Bunu Türkiyə cümhuriyyəti dövləri başçısı cənab Rəcəb Tayyib Ərdoğanın və qardaş ölkənin hökumət üzvlərinin ölkəmizə olan mütəmadi səfərləri də sübut edir. Elə 20 oktyabır 2022 - ci il tarixdə Türkiyənin ölkə Başçısı cənab Ərdoğanla birlikdə dövlət və hökumət nümayəndələrinin Azərbaycana növbəti səfəri də bu qəbildən olan səfərlərdən biri idi. Dünyada gedən çox ciddi proseslər fonunda qardaş ölkə rəhbərlərinin Azərbaycana belə səfərlər etməsi böyük tarixi əhəmiyyətə malikdir. Bu gün açıq - aşkar Ermənistana dəstək verən Qərb dövlətləri və qonşu İrana qarşı siyasi mübarizədə qardaş ölkənin yanımızda olması gücümüzə güc qatır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​       Türkiyə dövlətinin Başçısı cənab Ərdoğanın təyyarəsinin məhz yenicə inşa edilmiş Zəngəzur beynəlxalq hava limanına enməsi mühüm tarixi hadisədir. Cənab Ərdoğan da bir ildə iki beynəlxalq hava limanının istifadəyə verilməsini heyrətlə qarşılamışdır. Qardaş ölkənin Prezidenti ilə birlikdə ictimaiyyətin nümayəndələri qarşısında çıxış edən İlham Əliyev qeyd etmişdir ki, bu ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan infrastruktur layihələrinin işlənməsi plan üzrə və sürətlə yerinə yetirilir. Böyük qayıdışın ilk müjdəçiləri​ olan Ağalı kəndinin sakinləri artıq doğma yurdda rahat və firavan həyat sürürlər. Burada istifadəyə verilən məktəbdə artıq 70 nəfər şagird təhsil alır. Ərazidə fəaliyyət göstərən aqropark da burada həyatın canlanmasından xəbər verir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ İki qardaş ölkənin Dövlət və hökumət nümayəndələrinin işğaldan azad edilmiş Zəngilan və Cəbrayıl rayonlarında bir neçə dövlət əhəmiyyətli obyektlərin açılışını etmələri eyni zamanda Ermənistana havadarlıq edən bəzi dövlətlərə açıq bir siyasi mesajdır. Bu gün ağlına gələni sərsəmləyən, açıq - aydın ermənipərəst mövqe sərgiləyən Fransa prezidenti Makron, guya müsəlman dövləti olan, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirən İran molla rejimi, 30 illik işğal dövründə torpaqları işğaldan azad edilməsi yolunda heç bir faydalı addım atmayan, indi isə Ermənistana faktaraşdırıcı missiya göndərən ATƏT başa düşməlidir ki, artıq Azərbaycan ötən əsrin doxsanıncı illərindəki əliyalın, köməksiz ölkə deyildir. İndi Azərbaycanın güclü dövləti, güclü ordusu, Dəmir yumruğu, nəhayət Türkiyə kimi güclü müttəfiqi və qardaşı var.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Prezidenti çıışı zamanı onu da qeyd etmişdir ki, artıq Zəngəzur dəhlizinin Azərbayca hissəsindəki işlərin bir çoxu yekunlaşmaq üzrədir. Zəngəzur dəhlizi​ açıldıqdan sonra, bundan əksər dünya dövlətləri faydalanacaqdır. Ermənistan​ Azərbaycanın sülh danışıqları üçün təklif etdiyi beş əsas prinsipi bütövlükdə qəbul etmişdir. Ancaq bəzi dövlətlərin bu bölgədə sülhün bərqərar olmasına müəyyən maneçilik törətməsi prosesi ləngidir. Bütün əngəllərə baxmayaraq sonda sülh sazişi imzalanmlıdır. Bunun alternativi yoxdur. Sülhdən ən çox yararlananlardan biri də elə Ermənistanın özü olacaqdır. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan demişkən, sülhün məğlub olan tərəfi yoxdur. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ələddin Əhmədov​,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib44 dəfə
    Azərbaycan qalib tərəf kimi sülh sazişinin imzalanması üçün əlindən gələni etməyə öhdəliyinə düşəni reallaşdırmağa hazırdır

    Maraqlı gələ bilər
    47
    34